Yüklənir...

Hamiləliyin 2-ci həftəsi

Hamiləliyin 2-ci həftəsi

• Ovulyasiya yaxın vaxtlarda baş verəcəkdir.
• Bazal temperaturun ölçülməsi mayalanma üçün səmərəli olan günləri təyin etməkdə köməklik edəcəkdir.
• Körpənin cinsi mayalanmanın baş verdiyi an artıq müəyyənləşmiş olacaqdır.

Ananın vəziyyəti

Çox güman ki, ovulyasiya növbəti həftədə və ya bu həftənin sonunda baş verəcəkdir. Mayalanma üçün səmərəli günləri təyin etmək üçün bazal temperaturu ölçmək olar - menstruasiyadan dərhal sonra hərarət 36,6-36,8 dərəcə arası, yəni 37 dərəcədən aşağı olur, ovulyasiyadan əvvəl isə bir neçə dərəcə aşağı düşür, sonra kəskin şəkildə 37-37,2 dərəcəyədək yüksəlir.

Başqa bir üsul təqvim üzrə hesablamadır. Bu zaman ovulyasiya adətən növbəti menstruasiyaya 14 gün qalmış baş verir. 

Dölün inkişafı

Yaxın vaxtlarda mayalanmanın baş verib-vermədiyi bəlli olacaqdır. Ovulyasiya, yəni yetişmiş yumurta hüceyrəsinin yumurtalıqdan çıxdığı zaman ən fəal spermatozoid ömrünün ilk yarışında qələbə çalaraq onu mayalandıracaq. Körpənin cinsi isə gələcək atadan asılıdır – atanın XY xromosomu körpənin genetik dəstinə daxildir. Həmin xromosom gələcək ananın xromosomları (XX) ilə birləşərək doğulacaq körpənin cinsini yaradır. ХХ - qız, XY – oğlan dünyaya gələcəkdir.

Düzdür, bəzi fikirlərə görə, uşağın cinsini müxtəlif üsullarla planlaşdırmaq olar. Saytımızda bu barədə məqalələr vardır. (Oğlan uşağına necə hamilə qalmaq olarQız uşağına necə hamilə qalmaq olar?) Lakin, təəssüf ki, bunlardan heç biri elm tərəfindən təsdiqlənməmişdir. Amma mayalanmadan öncə ginekoloqa baş çəkmək yaxşı olardı – məsləhət zamanı o, Sizin ailə anamnezinizi təhlil edər və mümkün risklərlə bağlı tövsiyələr verər.

Əvvəlki həftə Sonrakı həftə