Yüklənir...

Hamiləliyin 1-ci həftəsi

Hamiləliyin 1-ci həftəsi

Hamiləliyin 1-ci həftəsi

• Sonralar mayalanacaq yumurta hüceyrəsi bugünlərdə çıxacaq.

• Zərərli vərdişlərdən əl çəkməyin əsl vaxtıdır.

• Həftə sonu USM-də dominant follikulu aşkar etmək mümkün olacaqdır.

Dölün inkişafı

Hələ dölün inkişafindan söhbət açmaq çox tezdir. Axı mayalanma hələ baş verməyib. Çox güman ki, indi hələ növbəti aybaşı davam etməkdədir. Bu tsikldə mayalanma baş verərsə, bu, 3-4 həftədən sonra bəlli olacaqdır (bu zaman orqanizminizə qarşı diqqətli olmalısınız, çünki hamiləliyin ilk əlamətləri üzə çixacaq). Bu gün isə minlərlə yumurta hüceyrələrindən biri -mayalanacaq olan yumurta hüceyrəsi hələ heç yumurtalıqdan çıxmayıb. Menstrual tsiklin ilk günlərində ilkin follikulardan biri böyüməyə başlayır. Bu zaman, yəni tsiklin 7-8-ci günlərində, ehtiyac yaranrsa dominant follikulun üzə çıxıb-çıxmadığını müəyyən etmək üçün USM müayinə etmək olar. Bu follikul bir neçə gündən sonra partlayacaq və ovulyasiya baş verəcəkdir.

Ananın vəziyyəti

Hamiləliyə də hazırlaşmaq lazımdır. Əgər gələcək ana bunu hələ etməmişdirsə, indi bunun əsl vaxtıdır. İlk növbədə həyat tərzinizə yenidən baxmalı, siqaret, alkoqollu içkilərin qəbulu kimi zərərli vərdişləri tərgitməlisınız. Hər hansı bir dərmanı qəbul etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır, çünki bir çox dərman preparatlarına hamiləlik dövründə əks göstərişlər var. Əvəzində fol turşusunu artıq indidən qəbul etmək olar. Fol turşusu embrionun normal inkişaf etməsi üçün şərait yaradır.

Əvvəlki həftə Sonrakı həftə