Hamiləlik və dişlər

             Hamiləlik vaxtı karieyes və damaq iltihabı (parodontit) hallarına tez-tez rast gəlinir.

   Səbəblər

    Kalsiuma olan tələbin artması

Böyüməkdə olan uşaq öz sümükləri üçün anasından kalsiumu “alır”. Kalsiumu orqanizm kifayət qədər almadıqda, mədə-bağırsaq traktının xroniki xəstəlikləri və ya qidada onun miqdarının az olması nəticəsində kalsium ananın sümüklərindən səfərbər olunur. İlk olaraq yuxarı və aşağı çənə sümükləri, xüsusən də onların dişləri əhatə edən çıxıntıları əziyyət çəkir.

Ətraflı: Hamiləlik və dişlər
Uşaq salma

Uşaq salma. Donmuş hamiləlik. Hamiləliyin daşına bilməməsi

İnkişaf etməyən hamiləlik (donmuş hamiləlik, dölün inkişafdan dayanması, anembrioniya) embrionun hamiləliyin müxtəlif dövrlərində (çox vaxt 1-ci trimestrində - 13 həftəliyinədək) inkişafdan dayanmasıdır (məhv olmasıdır). Lakin inkişafdan dayanma halları hamiləliyin daha yetkin dövrlərində də ola bilir.Hamiləlik zamanı təxminən 15% hallarda bu problemə rast gəlinir. Donmuş hamiləlik hallarına çox vax 40 yaşdan yuxarı olan qadınlarda rast gəlinir, lakin bu problemlə bütün yaş kateqoriyalarına aid olan qadınlar üzləşə bilər. Donmuş hamiləliyin simptomları olmaya da bilir. 

Ətraflı: Uşaq salma
Hamiləliyin müddətini necə təyin etməli?

                                            

Hamiləliyin dəqiq müddətini bilmək nə üçün lazımdır?

Hamilə qadın adətən qadın məsləhətxanasında qeydə alınır. Həkim doğuşun ehtimal olunan gününü təyin edir.Birincisi, bu yolla qadın doğum evinə getmək üçün nə vaxt hazırlaşmağa başlamalı olduğunu müəyyən edir. Ikincisi, hamiləliyin müddətini bilməklə həkim körpənin inkişafını nəzarətə ala və inkişafda mümkün geriqalmaları vaxtında korreksiya edə bilər. Nəhayət, bu tarix hamiləlik və doğuşla bağlı məzuniyyətin rəsmiləşdirilməsi üçün əsas olacaqdır.

Ətraflı: Hamiləliyin müddətini necə təyin etməli?
Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.

Hamiləliyin planlaşdırılması zamanı dietanın əsaslarını bilmədən siz bunun öhdəsindən gələ bilməyəcəksiniz! 

Uşağın dünyaya gəlməsi – bu ananın həyatın çox maraqlı bir hadisədir və o çox istəyir ki, övladı sağlam və gözəl anadan olsun. Lakin heç hamımız bu barədə düşünürük ki, bunun üçün şəxsi həyatımızı korrrektə etməli və hamiləliyin baş verməsinə qədər dietanı seçməliyik? Hamiləliyin planlaşdırılması dövründə düzgün dietanın tərtib edilməsinin aktuallığı hamiləliyin ilk üç ayının zəif halqa olmasından irəli gəlir - əksər düşüşlər məhz bu arada baş verir, məhz bu arada körpənin orqanizmində bütün orqanlarının formalaşması gedir. Buna görə çox arzuediləndir ki, dölləndirilmiş yumurta hüceyrəsinin implantasiyası artıq hazırlanmış sahəyə aparılmış olsun.  

 

Ətraflı: Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi

                           

          Qadın hamilə qala bilmirsə - kişi psixologiyası

Hətta bəzən yarım il davam edən hamiləliyin planlaşdırılması zamanı tərəf müqabilləri arasında intim həyatlarında bəzi problemlər ortaya çıxır. Bir qayda olaraq, qadınlar fikir verib görürlər ki, ya kişilər fiziki təmasdan qaçırlar, onlarda ereksiya zəifləyir, qismən itir və ya seksual cəlbetməyə laqeyd olurlar. Ən pisi odur ki, kişi baş verənlər haqqında açıq danışmır, qadın üçün fantaziyalar və müxtəlif növ düşüncələr üçün sahə buraxırlar. Onlardan da bir çoxu əminliklə düşünməyə başlayır ki, kişi onlara xəyanət edir ki, tərəf müqabili uşaq istəmir, onu artıq əvvəlki kimi cazibədar hesab etmir və s. Axı bu qədər təəccüblü davranışın sirri nədədir? 

Ətraflı: Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləlik testi: bilmək istədiyiniz hər şey

Hamiləlik testi  nə deməkdir?

Uşağın təməlinin qoyulmasının artıq ilk günündən hamilə qadının qanında XQÇ (xorionik qonadotropin) səviyyəsi yüksəlir. Bir neçə həftə sonra isə qanda XQÇ səviyyəsi o qədər yüksəlir ki, həmin hormon artıq sidiklə ifraz edilməyə başlayır. Hamiləlik testləri sidikdə XQÇ miqdarını müəyyən edir və əgər o yüksəkdirsə test müsbət cavablı olur və qadına artıq onun hamilə olduğunu xəbər verir.  

Ətraflı: Hamiləlik testi: bilmək istədiyiniz hər şey
35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?

   

35 yaşdan sonra hamilə qalmaq çətindirmi?

Təəssüflər olsun ki, bəli. 35 yaşdan sonra qadınlarda ovulyasiya (yumurta hüceyrələrin çıxışı) daha az baş verir. Əgər 30-35 yaşına qədər ovulyasiya hər ay  (və ya demək olar ki, hər ay) baş verirsə, 35 yaşdan ovulyasiya cəmi ildə bir neçə dəfə baş tutur. Ovulyasiyaların nadir olmasından əlavə 35 yaşdan yuxarı olan qadınlarda hamiləliyə mane olan pozğunluqların təhlükəsi də yüksək olur: uşaqlıq borularının keçilməzliyi, endometrioz, uşaqlığın mioması.

Ətraflı: 35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?