
Yüklənir...
Dölün inkişafı
Uşağın boyu 43 sm, çəkisi təxminən 1800 q-dır. Onun bədənindəki dəri qatları demək olar ki, tamamilə açılmışdır. Uşağın əl və ayaqlarında artıq mükəmməl dırnaqlar, başında isə tük yetişmişdir. Körpə tez-tez, bəzən 10-20 dəqiqə ərzində fasiləsiz hıçqırır. Bu, tamamilə normaldır.
Ananın vəziyyəti
Uşaqlıq qasıq bitişməsindən 32 santimetr yuxarıya qalxmışdır. Bel nayihəsində yanlara və ayaqlara verən ağrılar başlaya bilər - bu, onun nəticəsidir ki, uşaqlıq oturacaq sinirini sıxır. Həkimlər və ya hamilə qadınlar üçün kursların aparıcısı bu ağrını götürməkdə köməklik edən xüsusi məşqlər məsləhət görə bilər.
Həkimlər hamiləliyin erkən vaxtlarında tərs duruş diaqnostika etmişdirlərsə, onda 32-ci həftəyə yaxın plasentanın uterusu tutub-tutmadığı qəti olaraq öz həllini tapmalıdır. Məsələ burasındadır ki, hamiləlik dövründə plasenta uşaqlığın aşağı bölmələrindən bir qədər yuxarıya keçir və tərs duruş öz-özünə yox ola bilir. Bu, baş vermədikdə, çox güman ki, kesar kəsiyi tələb olunacaqdır.
Paylaş: