Yüklənir...
Dölün inkişafı
Körpənin çəkisi 2 kq-a yaxındır. Uşağın boyu təxminən 44 sm-dir. Onun ağ ciyərləri inkişaf etməkdə davam edir, qara ciyərlərində paylar formalaşır. Mədəaltı vəz aktivdir – o, artıq körpənin orqanizmini maddələrin normal mübadiləsi üçün lazım olan insulinlə təchiz edə bilir. Ürəyin, endokrin, immun, mərkəzi sinir sistemlərinin formalaşması praktiki olaraq başa çatmışdır.
Ananın vəziyyəti
Ananın çəkisində artım 8-12,5 kq-dır. Uşağın tərpənişləri daha çox hiss olunur. Diqqətli analar artıq 33-cü həftədə körpənin onları dirsəyi yoxsa dizləri ilə təpiklədiyini fərqləndirə bilirlər.
DİQQƏTLİ OLUN!
Uşaqlıq yolundan az miqdarda şəffaf maye gəlirsə, çox güman ki, bu, döl kisəsinin partlamasından xəbər verir. Açılan dölyanı suları asanlıqla adi vaginal ifrazatı ilə (hamiləliyin sonunda bu ifrazatlar arta bilir) və ya qeyri-ixtiyari sidik ifrazı ilə səhv salmaq olar. Lakin alt paltarı çox islanırsa və ya maye artıq yerə tökülürsə, mütləq həkimə zəng etmək lazımdır. Döl qişasının partlaması erkən doğuşun başlamasından xəbər verir. Bu isə xəstəxanaya getməyi tələb edir.
RİSK AMİLLƏRİ
Hamiləlik dövründə, xüsusən də üçüncü trimestrdə, plasentanın ayrılma riski aktual olur. Buna səbəb uşaqlığın zədəsi, mioması, gestoz, hamilə qadında yüksək təzyiq, göbəyin nisbi qısalığı (normal uzunluğu olan göbək uşağın duruşuna görə uşaqlıq daxilində təhlükəli şəkildə dartılır) və ya göbəyin qısalığı (fizioloji olaraq o, körpənin uşaqlıq yolunda normal yerləşməsi üçün kifayət qədər uzun deyil) ola bilər. Plasentanın ayrılması həmişə qanaxma ilə özünü büruzə vermir. Bəzən onun simptomları kimi bir yerdə cəmləşən kəsməyən güclü ağrılar müşahidə oluna bilər. Uzun müddət qarında başgicəllənmə və ya zəifliklə müşayiət olunan lokal ağrı olduqda, dərhal təcili yardım çağırmaq lazımdır.
Paylaş: